Premyer Liqa klubunun hazırlıq planı bəlli oldu

18 İyun 2022 02:10 Sumqayıt 654
Premyer Liqa klubunun hazırlıq planı bəlli oldu

"Sumqayıt"ın yay hazırlıq planı bəlli olub.

Sportinfo.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi iyunun 27-də doğma şəhərdə bir araya gələcək.

İyulun 15-dək Sumqayıtda hazırlıq keçəcək komanda toplanışın 2-ci mərhələsi üçün Türkiyəyə yollanacaq. Boludakı 2 həftəlik təlimlərdə 3 yoxlama oyunu nəzərdə tutulub. Hələlik sparrinq-rəqiblərin adları bilinmir.

"Sumqayıt" ötən mövsüm Azərbaycan Premyer Liqasını 22 xalla 6-cı pillədə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti