«Sumqayıt» iyunun 26-27-da bir araya gələcək.
«Kimyaçılar» hazırdığın ilk iki mərhələsini Azərbaycanda keçəcək.
Öncə doğma şəhərdə bir araya gələcək kollektiv ardınca Bakıda toplanışa yığışacaq.
Bu müddətdə 2-3 yoxlama görüşündə qüvvəsini sınayacaq «gənclik şəhəri» təmsilçisi Prmyer Liqanın yeni mövsümünün çalışmalarını ölkə xaricində tamamlayacaq.
İyulun 15-də Türkiyəyə yollanacaq komanda Boluda məskunlaşacaq. İki həftə burada qalacaq sumqayıtlılar 3 sparrinqlə üz-üzə gəlməyi planlaşdırır. Hələlik rəqiblərin adları bəlli deyil.
SPORTİNFO.AZ

