“ƏIlimdən gələni edəcəm, uğursuz mövsümü onlara unutdurmaq istəyirik"

14 İyun 2022 21:20 Sumqayıt 1 028
“ƏIlimdən gələni edəcəm, uğursuz mövsümü onlara unutdurmaq istəyirik"

"Heç də yaxşı mövsüm keçirmədik, belə şeylər futbolda olur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlov deyib.

O, Premyer Liqada 6-cı yeri tutan komandanın yaşadığı uğursuz sezonu tezliklə yadından çıxarmaq istədiyini bildirib:

“Bunu unutmaq və qarşıdakı mövsümə baxmaq lazımdır. Ağır zədə səbəbdən mən də komandama kömək edə bilmədim.

İnşallah, yeni mövsüm əlimdən gələn köməyi komandama etməyə çalışacam. Uğursuz mövsümü azarkeşlərimizə unutdurmaq istəyirik".

Digər Xəbərlər
Xəbər Lenti