"Çox ağır dönəmdən keçdim" - "Sumqayıt"ın müdafiəçisi

7 İyun 2022 19:40 Sumqayıt 885
"Çox ağır dönəmdən keçdim" - "Sumqayıt"ın müdafiəçisi

Arxada qalan mövsüm "Sumqayıt"ın və millinin müdafiəçisi sayılan Elvin Bədəlov üçün heç də yaxşı keçmədi.

Belə ki, o, 5-ci turun "Qəbələ" ilə matçında aldığı ağır zədə səbəbindən mövsümü boşa verməli oldu.

Təcrübəli oyunçu bir də sonuncu turun "Səbail"lə görüşündə geri qayıtdı. Komandasının darmadağınla (5-0) qələbə qazandığı oyunda hətta 1 qol vurmağı da bacardı.

26 yaşlı oyunçu Sportinfo.az-a açıqlamasında həmin günlər yaşadığı çətinlikləri dilə gətirib:

"Həqiqətən, uğursuz mövsüm yaşadım. Belə ağır zədədən sonra əvvəlki formanı bərpa etmək də çətindir. Çox ağır dönəmdən keçdim.

Belə zədədən sonra minimum 7-8 aydan sonra məşqlərə qayıtmalısan. Təəssüf ki, komandaya kömək ola bilmədim.

Ancaq daha çox çalışmaqla bərpa ola bilərdim. İndi şükür Allaha, hər şey yaxşıdır. Bu müddətdə mənə dəstək olan rəhbərlik, futbolçu yoldaşlarım, məşqçilər, həkimlər sağ olsunlar. Hər zaman dəstəklərini hiss etmiş oldum".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti