“Zaur Axundovdan halallıq almaq istəyirəm, üzərimdə haqqı çoxdur”

7 İyun 2022 14:28 Sumqayıt 1 194
“Zaur Axundovdan halallıq almaq istəyirəm, üzərimdə haqqı çoxdur”

“Bəli, buradan ayrılmışam və böyük ehtimalla, bundan sonra “Sumqayıt”da işləyəcəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı”dan ayrılan Rail Məlikov deyib.

Əyalət klubunun əvəzedici heyəti ilə bu mövsüm I Divizionun gümüş medallarını qazanan gənc çalışdırıcı indən belə “Sumqayıt”da fəaliyyət göstərəcək.

37 yaşlı keçmiş müdafiəçi belaruslu baş məşqçi Aleksey Baqanın köməkçiləri sırasında yer alacaq. Vaxtilə futbolçu kimi bu klubun formasını geyinmiş Məlikovla birillik müqavilə imzalanacaq.

Sitat: “Sumqayıt” rəhbərliyindən mənə təklif gəldi, oturub danışdıq. Şərtləti ilə tanış oldum və razılıq verdim.

Bildim ki, Aleksey Baqa məni öz korpusunda görmək istəyir. Yenidən “Sumqayıt”a döndüyüm üçün özümü şanslı sayıram.

Premyer Liqada çalışmaq arzum idi. İnanıram ki, klub rəhbərliyinin bə baş məşqçinin etimadını doğruladacam.

Təəssüf, Zaur Axundovla görüşə bilmədim. Neçə dəfə soruşdum, burada olmadığını dedilər. Yenə çalışacam ki, onunla görüşüm və halallıq alım.

Zaur müəllimin mənim üzərimdə haqqı və əziyyəti böyükdür. O, mənə də, başqalarına da çox yaxşılıq edib.

Bir ağsaqqal kimi həmişə arxamızda dayanıb, Zaur müəllimin “Şamaxı”nın Müşahidə Şurasının sədri vəzifəsindən getməsi mənə çox pis təsir elədi.

Azərbaycan futbolunun onun kimi mərd və xeyirxah insanlara həmişə ehtiyacı var”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti