Aleksey Baqanın əcnəbi planı necədir?

6 İyun 2022 23:00 Sumqayıt 1 038
Aleksey Baqanın əcnəbi planı necədir?

"Sumqayıt"da 10 il davam edən həsrət, nəhayət, bir neçə gün əvvəl başa çatdı.

Belə ki, uzun çək-çevirdən sonra "kimyaçılar"a qoyulan legioner qadağası aradan götürüldü.

Artıq baş məşqçi Aleksey Baqa əcnəbi futbolçu axtarışlarına start verib.

Milli komandanın da hücumçusu olan Əli Qurbani ilə yolların ayrılması da bununla bağlıdır.

Belə ki, onun mövqeyinə legioner forvard axtaran belaruslu mütəxəssis Qurbani ilə başa çatan müqavilənin yenilənməsində maraqlı olmayıb.

Ümumiyyətlə, 38 yaşlı çalışdırıcı minimum 3 legionerin alınmasında qərarlıdır. Üstünlük isə yarımmüdafiəçi və hücumçü mövqeyinə veriləcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti