Növbəti mövsümdən “Sumqayıt”da legioner futbolçuların çıxışına razılıq verilib.
Bu barədə klubun Müşahidə Şurasının iclasında qərar qəbul olunub.
Toplantıda əsas komandanın çıxışı, akademiyanın cari mövsümdəki fəaliyyəti, klubun infrastrukturu ilə bağlı yeni layihələr, Müşahidə Şurasına yeni üzvlərin seçilməsi və digər məsələlər müzakirə edilib.
Müşahidə Şurası baş məşqçi Aleksey Baqaya dəstəyini nümayiş etdirib və növbəti mövsümdə ona və komandasına uğurlar arzu edib.
İclasın sonunda Müşahidə Şurası klubun rəhbərliyinə bəzi məsələlərlə bağlı müxtəlif tapşırıq və tövsiyyələr verib.
Daha sonra Şura üzvləri Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda gedən yenidənqurma işləri ilə tanış olublar.
Sportinfo.az “Sumqayıt”ın yeni mövsümden etibarən əcnəbi oyunçuların xidmətindən istifadə edəcəyinə dair xəbəri 2 ay öncə yayıb. Zamanı çatdı, verdiyimiz bu informasiya da öz rəsmi təsdiqini tapdı.
AFFA-nın “Sumqayıt”a güzəştə getməsi Premyer Liqada klub sayının artırılması ilə birbaşa əlaqədardır.
Növbəti sezonda 10 komanda mübarizə aparacağından, daxili bazarda seçim faizi aşağı düşüb, yerli futbolçu tapmaq müşkülə dönüb.
Bu azmış kimi, onların qiymətləri də qalxıb.

