“Sumqayıt”ın əvəzedici komandasında baş məşqçi dəyişikliyi olub.
Ötən ilin yayında bu posta təyinat alan Hakan Sünal sükan arxasından uzaqlaşdırılıb.
Buna səbəb I Divizionun son mövsümündə qeydə alınan uğursuz nəticələrdir. Belə ki, “Sumqayıt-2” aşağı liqada cəmi 20 xal toplayıb və turnur cədvəlində 11-ci pillənbi tutub.
Türkiyəli mütəxəssis bundan sonra yalınız akademiyanın baş kordinatoru olaraq buradakı fəaliyyətini davam etdirəcək.
Vaxtilə Frankfurt “Ayntarxt”ında menecer işləmiş, hazırda AFFA-nın təşkil etdiyi “Pro” kateqoriyalı kurslara qatılan Sünalın əvəzləyicisi də məlumdur.
“Kimyaçılar”ın ikinci komandası Zaur Hidayətova tapşırılıb.
SPORTİNFO.AZ

