9 illik fasilədən sonra Premyer Liqaya dönən "Turan Tovuz" transfer bazarında fəallığı artırıb.
Baş məşqçi postuna Ayxan Abbasovu gətirən qərb klubu hələlik yerli futbolçularla anlaşmağa səy göstərir.
Yeni çalışdırıcı üstünlüyü əsasən yaxşı tanıdığı oyunçulara verir. 4 ilə yaxın çalışdırdığı "Sumqayıt"dan Elvin Məmmədovla Tərlan Əhmədlini Tovuza aparan mütəxəssis bu dəfə Eltun Turabovun da keçidinə nail olub.
Bölgə təmsilçisinin sükançısı "Şamaxı"dan Kamal Bayramovla Amil Yunanovu öz yanına gətirib.
Həmçinin Turan Vəlizadə "Neftçi"dən birillik icarəyə götürülüb.
"Səbail"dən ayrılan Cavid Tağıyev də "Turan"a dönüb.
SPORTİNFO.AZ

