"Sabah"la mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyən Slavik Alxasov “Sumqayıt”dan dəvət alıb.
“Kimyaçılar” illər öncə formasını geyinmiş 29 yaşlı müdafiəçiyə birillik müqavilə təklif edib.
O, bu çağırışı geri çevirməsə, hər ay 8000 manat qazanacaq.
“Sabah”da ilinə 170 min manat alan arxa xətt oyunçusunun “Zirə” və “Səbail”in maraq dairəsində olmasını da bildirək.
SPORTİNFO.AZ

