Premyer Liqa klubunda durğunluq bu həftə pozulacaq - İCLAS VAR

24 May 2022 19:00 Sumqayıt 1 370
Premyer Liqa klubunda durğunluq bu həftə pozulacaq - İCLAS VAR

Uğursuz mövsüm keçirən "Sumqayıt" son tur ərəfəsində Vurğun Hüseynov və Vüqar Mustafayevlə yeni müqavilə imzaladı.

Digər təcrübəli sima Elvin Məmmədovun komandadan ayrılması da an məsələsidir.

Amma cavabsız qalan suallar daha çoxdur. Məsələn, yaxşı təklifləri olan Höccət Haqverdi və Rəhim Sadıxovla yollar ayrılacaqmı?

Ukraynadakı vəziyyətlə bağlı Sumqayıt təmsilçisinə köç edən Anatoli Nuriyev və Andrey Popoviçin aqibəti necə olacaq?

Yeni mövsüm legioner futbolçuların transferi planda olacaqmı?

Bu xüsusda daha neçə suallar var ki, cavab tapmaq üçün üz tutduq "kimyaçılar"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədova.

Amma klub rəsmisi hələ bir neçə gün də səbr etməli olduğumuzu bildirdi. Ki, bu həftə klub rəhbərliyi və məşqçilər korpusu arasında görüş keçiriləcək.

Məhz həmin görüşdə yuxarıda sadaladığımız və digər bütün suallara onda aydınlıq gələcək. Gözləyək...

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti