"Bəzilərinə belə məlumatları yazmaq sərf edir"

22 May 2022 02:30 Sumqayıt 711
"Bəzilərinə belə məlumatları yazmaq sərf edir"

"Sumqayıt" Azərbaycan Premyer Liqasının sonuncu turunda doğma meydanda "Səbail"i 5:0 hesabı ilə məğlub edib.

Sportifo.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "kimyaçılar"ın baş məşqçisi ALeksey Baqan sualları cavablandırıb:

- Komandamı qələbə münasibətilə təbrik edirəm. Nəhayət ki, bu gün epizodlar yaradıb qollar vura bildik. Amma bu, bizə əsas vermir ki, eyforiyaya qapılaq. Burada keçirdiyim müddətdə komandanı kifayət qədər analiz edə bildim. Yəni, kifayət qədər məlumat əldə edə bildim. Mövsümü də belə yekunlaşdırdıq.

- Nəhayət ki, sizi qələbə münasibətilə təbrik etmək olar. Bu müddətdə çıxardığınız nəticə növbəti mövsüm sizə kömək olacaq?

- Əlbəttə ki, kömək edəcək. Bütün komandalarla iki dəfə oynadıq. "Qəbələ" ilə hətta daha çox oynadıq. Anladım ki, rəqiblərimiz aşağı-yuxarı necə oynayırlar. Bir qədər çətin şəraitdə olsa da, komandamı tanıya bildim. 23 futbolçunu ayrı-ayrılıqda tanımaq imkanım oldu. Kimin nəyə qadir olduğunu öyrənə bildim. Xallar itirsək də, futbolçuları yaxşı tanıdım. Bu da növbəti mövsüm komandanı hazırlaşdırmağıma kömək olacaq.

- Əksər futbolçuların müqaviləsi sona çatır və gedə biləcəkləri deyilir. Vəziyyət nə yerdədi?

- Belə şayiələr bütün çempionatlarda olur. Bəzilərinə belə məlumatları yazmaq sərf edir. Amma mən buna sakit yanaşıram. Futbolçularla oturub danışmaq, kimisə cəlb etmək, ya yolları ayırmaq menecmentliyim işidi. Bu xəbərlərə adi yanaşıram. Çünki hər zaman olub. Bizim komandada matçın taleyini həll edəcə biləcək futbolçular var. Ona görə belə hallar həmişə olacaq.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!