"Bu, növbəti mövsüm bizə kömək olacaq" - Aleksey Baqa

21 May 2022 22:10 Sumqayıt 761
"Bu, növbəti mövsüm bizə kömək olacaq" - Aleksey Baqa

"Komandamı qələbə münasibətilə təbrik edirəm. Nəhayət ki, bu gün epizodlar yaradıb qollar vura bildik. Amma bu, bizə əsas vermir ki, eyforiyaya qapılaq. Burada keçirdiyim müddətdə komandanı kifayət qədər analiz edə bildim. Yəni, kifayət qədər məlumat əldə edə bildim. Mövsümü də belə yekunlaşdırdıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 28-ci turunda "Səbail"ə 5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis bu müddətdə çıxardığı nəticələrin növbəti mövsüm onlara kömək edəcəyini söyləyib: "Bütün komandalarla iki dəfə oynadıq. "Qəbələ" ilə hətta daha çox oynadıq. Anladım ki, rəqiblərimiz aşağı-yuxarı necə oynayırlar. Bir qədər çətin şəraitdə olsa da, komandamı tanıya bildim. 23 futbolçunu ayrı-ayrılıqda tanımaq imkanım oldu. Kimin nəyə qadir olduğunu öyrəndim. Xallar itirsək də, futbolçuları yaxşı tanıdım. Bu da növbəti mövsüm komandanı hazırlaşdırmağıma kömək olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu