OLAY - İki dostu ilə içki məclisi qurdu, "zapoy" getdi, ayılması üçün… HAMINI QORXUTDU

21 May 2022 13:00 Sumqayıt 1 133
OLAY - İki dostu ilə içki məclisi qurdu, "zapoy" getdi, ayılması üçün… HAMINI QORXUTDU

Millinin keçmiş qapıçısı Andrey Popoviç yenidən diqqət mərkəzinə düşüb.

İki aya yaxındır «Sumqayıt»ın formasını geyinən kiper, demə, hələ də pis vərdişindən əl çəkməyib.

Alkoqollu içkilərdən asılılığı ilə bilinən ukraynalı bu dəfə iki komanda yoldaşını da çətin vəziyyətə salıb.

OLAY - İki dostu ilə içki məclisi qurdu,

Onlarla bərabər gecə məclis quran Popoviç içkiləri bir-birinə qarışdırıb. «Zapoy» gedən «əlcək sahibi»ni səhər özünə gətirmək üçün klubun həkimləri bir xeyli çətinlik çəkib.

«Əlcək sahibi»nin ayıla bilmədiyini görən tibbi personal müxtəlif dərman preparatlarından istifadə etməli olub.

Baş məşqçi Aleksey Baqa bununla bağlı ona xəbərdarlıq edib. Belaruslu çalışdırıcı bu kimi hallara təkrar yol verəcəyi təqdirdə, böyük məbləğdə cəriməyə məruz qalacağını qapıçının diqqətinə çatdırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti