Əməkhaqqının 2000 manat azaldılmasına razılıq verəndən sonra…

21 May 2022 09:40 Sumqayıt 2 473
Əməkhaqqının 2000 manat azaldılmasına razılıq verəndən sonra…

Yeni mövsüm üçün transfer çalışmalarına start verən "Sumqayıt" kapitanı Vurğun Hüseynovla müqaviləni yeniləyib.

34 yaşlı müdafiəçi ilə 1 illik yeni sözləşmə imzalanıb.

Vurğun Hüseynov "Sumqayıt"ın tarixində ən çox oyun keçirən futbolçudur. 2013-cü ildə “Xəzər Lənkəran”la matçda Sumqayıt şəhərinin eyniadlı təmsilçisində debüt edən arxa xətt oyunçusu ümumilikdə 188 qarşılaşmada meydana çıxıb.

O, 2 qol vurmağa da müvəffəq olub.

Vurğun “Sumqayıt“da qalmaq üçün maaşının 2000 manat azaldılmasına razılıq verib. Tovuzlu müdafiəçi gələn sezon 4000 manat əməkhaqqı alacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti