Premyer Liqa klubunda 1 illik yeni sözləşmə

20 May 2022 19:20 Sumqayıt 1 161
Premyer Liqa klubunda 1 illik yeni sözləşmə

2022/23 mövsümü üçün transfer çalışmalarına start verən "Sumqayıt" kapitanı Vurğun Hüseynovla müqaviləni yeniləyib.

Sportinfo.az "gənclik şəhəri" təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi ilə 1 illik yeni sözləşmə imzalanıb.

Vurğun Hüseynov "Sumqayıt"ın tarixində ən çox oyun keçirən futbolçudur.

2013-cü ildə “Xəzər Lənkəran”la oyunda Sumqayıt şəhərinin eyniadlı təmsilçisində debüt edən təcrübəli müdafiəçi ümumilikdə 188 qarşılaşmada meydana çıxıb. O, 2 qol vurmağa da müvəffəq olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti