Heç bilirsiz, bu hədəni kim edib? - "Uşaqlar, əgər bu oyunu da uduzsaz, hamınızı..."

20 May 2022 15:00 Sumqayıt 1 215
Heç bilirsiz, bu hədəni kim edib? - "Uşaqlar, əgər bu oyunu da uduzsaz, hamınızı..."

«Sumqayıt»ın baş məşqçisi Aleksey Baqa futbolçularına maraqlı hədə mesajı verib.

Hadisə «Sabah»la Premyer Liqanın 27-ci turunda keçirilən matçda (2:2) baş verib.

Belə ki, belaruslu çalışdırıcı start fitindən bir qədər əvvəl paltardəyişmə otağında futbolçularla söhbət etdikdən sonra lövhəyə «Uşaqlar, əgər bu oyunu da uduzsaz, hamınızı cərimələyəcəm» yazıb.

«Kimyaçılar» Masazırda 1 xal qazanıb. Vurğun Hüseynov və Rəhim Sadıxovun vurduğu qolları önə keçən qonaqlar son saniyələrdə üstünlüyünü əldən verib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti