Müharibədən ölkəmizə pənah gətirən futbolçularla bağlı YENİ AÇIQLAMA

19 May 2022 17:00 Sumqayıt 1 416
Müharibədən ölkəmizə pənah gətirən futbolçularla bağlı YENİ AÇIQLAMA

"Sumqayıt"ın qış fasiləsindən sonra heyətinə qatdığı sonuncu futbolçular millimizin sabiq üzvləri olan Anatoli Nuriyev və Andrey Popoviç oldu.

Hər iki futbolçunun da "kimyaçılar"a gəlmə səbəbi eynidir - Ukraynadan davam edən müharibə.

Mövsümün başa çatmasına cəmi 1 tur qalır. Klubsuz qalmamaq üçün tələm-tələsik qərar verərək ölkəmizə gələn futbolçuların sonrakı taleyi necə olacaq bəs?

Sorğumuza cavab olaraq Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bunları dedi: "

Anatoli Nuriyev və Andrey Popoviçlə mövsümün sonuna kimi anlaşmamız var.

Bildiyimiz kimi, Ukraynada başverənlər səbəbindən FİFA adıçəkilən ölkə klublarında olan futbolçuların transferinə yalnız mövsümün sonuna kimi icazə verib.

Bu baxımdan sonrakı gedişat da hələ qeyri-müəyyən olaraq qalır. Yəqin ki, hər şey rəhbərlik və baş məşqçinin qərarından asılı olacaq"

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti