“Sumqayıt”a qələbə buna görə lazım imiş - "Sabah”a uduzsaydıq...”

16 May 2022 17:40 Sumqayıt 865
“Sumqayıt”a qələbə buna görə lazım imiş - "Sabah”a uduzsaydıq...”

“Sabah son vaxtların formada olan komandasıdır.

İstər rəqibin sərgilədiyi oyun, istərsə də qazandığı nəticələr göz önündədir.

Buna baxmayaraq, meydana qələbə qazanmaq üçün çıxmışdıq və bunu bacaracağımıza inanırdıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Premyer Liqanın 27-ci turu çərçivəsində “Sabah”la “Sumqayıt” arasında baş tutan oyundan sonra qonaqların futbolçusu Vurğun Hüseynov deyib.

“Kimyaçılar”ın kapitanı çempionatın sonu olmasına baxmayaraq, əsas hədəflərinin qalib gəlmək olduğunu gizlətməyib, 3 xalın komandası üçün turnir cədvəlindəki önəmindən bəhs edib:

“Təbii, hədəflər fərqli idi. “Sabah” avrokuboklara vəsiqə qazanmaq üçün qalib gəlmək istəyirdisə, bizim niyyətimiz 6-cı pilləyə yüksəlmək idi.

Oyunu 3 xalla başa vursaydıq, turnir cədvəlində “Şamaxı”nı geridə qoyacaqdıq.

“Sabah”a uduzsaydıq, sonuncu turda “Səbail”ə də məğlub olsaydıq, mövsümü sonuncu pillədə başa vuracaqdır.

Ona görə də mütləq və mütləq qələbə qazanmalıydıq. Təəssüf ki, sadə səhvlər ucbatından 3 xalı əldən verdik”.

“Sabah” – “Sumqayıt” qarşılaşmasında qeydə alınan 2:2 hesablı bərabərlik birincilərin avrokuboklara vəsiqə şansının vaxtından əvvəl başa çatmasına səbəb olub. “Sumqayıt” isə mövsümü 6-cı pillədə başa vurmağı hədəfləyib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti