Anatoli Nuriyevin qanını “Sumqayıt”da kim qaraldıb? - Özü "Sportinfo"ya AÇIQLADI

14 May 2022 16:40 Sumqayıt 1 009
Anatoli Nuriyevin qanını “Sumqayıt”da kim qaraldıb? - Özü "Sportinfo"ya AÇIQLADI

“Azərbaycan çempionatındakı debüt oyunum tək mənim üçün yox, ümumi komandamız üçün uğursuz alındı.

Matçın böyük hissəsini azlıqda keçirdik”.

Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyev Sportinfo.az-a açıqlamasında bir müddət əvvəl müqavilə bağladığı “Sumqayıt”dakı ilk oyunu haqda danışıb.

Premyer Liqanın 25-ci turu çərçivəsində “Neftçi”ylə oyunun 19-cu dəqiqəsində Camaləddin Xocaniyazovun qırmızı vərəqə alması komanda yoldaşlarını çətin vəziyyətə salıb.

Anatoli həmin matçın 63-cü dəqiqəsində meydana daxil olsa da, komandası mübarizədən 0:2 hesablı məğlubiyyətlə ayrılmışdı.

Lakin “Sumqayıt”dakı ikinci oyun Nuriyev üçün sevindirici sonluqla başa çatdı. O, “Şamaxı” üzərindəki qələbənin məmnunluğundan danışıb:

“Qalib gəlməyimizə baxmayaraq, oyun çox çətin keçdi. Lakin yekunda 3 xalı bayram etməyi bacardıq.

Buna görə bizə dəstək verən azarkeşlərimizə təşəkkür edirəm! Start heyətində meydana çıxdığım görüşdə qalib gəlməyimiz yerinə düşdü”.

Ukraynadakı müharibə səbəbindən doğulduğu ölkəni tərk edərək millisinin formasını geyindiyi ölkəyə üz tutan 25 yaşlı futbolçu “kimyaçılar”ın heyətində meydana çıxdığı 2 oyunda 104 dəqiqə şans qazanıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"