Azərbaycana gələn yeni transferdən “təəssüf” və “səbr” AÇIQLAMASI

13 May 2022 19:00 Sumqayıt 967
Azərbaycana gələn yeni transferdən “təəssüf” və “səbr” AÇIQLAMASI

Ötən mövsümü bürünc medalla başa vuran, ölkə kubokunun finalında oynayan “Sumqayıt”dan cari mövsümdə əsər-əlamət yoxdur.

Çempionata uğursuz başlayan komandanın əvvəlki baş məşqçisi Ayxan Abbasov qış fasiləsi ərəfəsində istefa ərizəsini yazdı.

Rəhbərlik onun yerinə Aleksey Baqanı baş məşqçi postuna gətirdi, Araz Abdullayev, Andrey Popoviç, Anatoli Nuriyev kimi milli təcrübəsi olan oyunçuları Sumqayıta dəvət etdi.

Buna baxmayaraq, vəziyyəti yaxşıya doğru dəyişmək mümkün olmadı. “Kimyaçılar” mövsümün başa çatmasına 2 tur qalmış 18 xalla 7-ci pillədə qərarlaşıb.

Məlum məsələdir ki, rəhbərlik və baş məşqçi əsasən növbəti mövsümü düşünür, gələn ilin komandasını qurur. Hazırda “Sumqayıt”ın maraq dairəsinə düşən futbolçuların ad-soyadı da bu cür düşünməyə əsas verir.

Ukraynadan Azərbaycana dəvət olunan Anatoli Nuriyev də Sportinfo.az-a açıqlamasında növbəti mövsümü nişan verib:

“Ötən mövsüm komandanın vəziyyəti yaxşı idi. Üst pillələrdə qərarlaşmışdı, bunun nəticəsində avrokuboklara vəsiqə qazandı.

Təəssüf ki, bu il işlərimiz qaydasında getmir. Yaxşı oynamırıq, nəticələr ürəkaçan deyil. İnanıram ki, komandanın yaxşı gələcəyi var. Bir qədər səbrli davranmalıyıq”.

Anatoli Nuriyev “Sumqayıt”la müqavilə bağladığı vaxtdan 3 oyunda meydanda olub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti