"Bu gün belə xəbərləri şərh etməyin mənası yoxdur" - Aleksey Baqa

12 May 2022 22:10 Sumqayıt 757
"Bu gün belə xəbərləri şərh etməyin mənası yoxdur" - Aleksey Baqa

"Rəqibin ustalıq səviyyəsini bilərək buna qarşı oyun qurmağa çalışdıq. Bununla yanaşı bu gün kifayət qədər səhv etdik. Həmin səhvlər də həlledici oldu. Belə komanda ilə oyunda nəticə əldə etmək üçün mütləq yaxşı təşkil olunmuş oyun, aqressiya və müdafiədə dəqiq oynamaq lazımdır".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 16-cı turundan təxirə salınmış "Qarabağ"la oyundan (0:5) sonra mətbuat konfransında deyib.

Belaruslu mütəxəssis "Sumqayıt"ın "Qarabağ"ın futbolçusu Riçard Almeyda ilə maraqlanması xəbərinə münasibət bildirib: "Hələ ki, hansısa futbolçu ilə bağlı şərh verə bilmərəm. Çünki, mövsümün sonuna kimi iki oyunumuz var. Bu iki oyunu ləyaqətli şəkildə keçirib mövsümü başa vurmalıyıq. Yalnız bundan sonra transferlər və digər məsələlər haqda danışa bilərik. Bu gün belə xəbərləri şərh etməyin mənası yoxdur".

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı