Sumqayıtdakı mübahisənin ŞOK DETALLARI

9 May 2022 21:20 Sumqayıt 1 578
Sumqayıtdakı mübahisənin ŞOK DETALLARI

"Sumqayıt" Premyer Liqanın 25-ci turunda doğma meydanda "Şamaxı"nı məğlubiyyətə (2-0) uğratdı.

Matçın gedişində futbolçular arasında münaqişə gözdən qaçmadı. Belə ki, qonaqların legioneri Sadio Tounkara epizodaların birində "Sumqayıt"ın futbolçusuna qarşı kobud oynayınca ehtiyat oyunçular arasında yer alan qapıçı Tərlan Əhmədli Malili futbolçu ilə mübahisəyə girməli olub.

Amma kənardan göründüyü kimi heç də onların mübahisəsi cərimə zərbəsinə səbəb olan məqamla bağlı olmayıb.

Belə ki, topdaşıyan uşaqlardan biri Tounkaraya qarşı irqçi davranışlara yol verib. Buna əsəbləşən yarımmüdafiəçi uşağın üzərinə gedərkən Əhmədli onun önünü kəsib. Onların arasında yaranan qısa gərginliyi isə komanda yoldaşları yolun qoya bilib.

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti