Bu dəfə də qələbə olmasa, əməkhaqqınız kəsiləcək – FUTBOLÇULARA XƏBƏRDARLIQ

9 May 2022 17:20 Sumqayıt 615
Bu dəfə də qələbə olmasa, əməkhaqqınız kəsiləcək – FUTBOLÇULARA XƏBƏRDARLIQ

Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulacaq.

Günə Sumqayıtda start veriləcək. Çempionatın autsayderləri qrupunda yer alan “Sumqayıt”la “Şamaxı” uğursuzluq zolağından çıxmaq üçün 3 xal qazanmağa çalışacaq.

Ev sahibləri “şeytanın qıçını sındırmasa” böyük məbləğdə cərimələnəcək. Bu xəbərdarlıq Aleksey baqadan gəlib.

Belaruslu baş məşqçi futbolçularla keçirdiyi iclasda bu haqda bildirib. Komanda üzvlərinin nəzərinə çatdırılıb ki, qələbə qazanılmasa, may ayının maaş fondununun minimum 1/3 hissəsi kəsiləcək.

31 oktyabr, 2021-ci il - «Sumqayıt» Premyer Liqada sonuncu qələbəsini həmin tarixdə əldə edib.

O da 9-cu həftəyə təsadüf edib. Sözügedən hesabat həftəsində «Səbail»in qapısına Sumqayıtda 2 cavabsız qol vurublar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!