"Siz nə etmək istəyirsiz? Gecələr gözümə yuxu getmir"

9 May 2022 14:00 Sumqayıt 992
"Siz nə etmək istəyirsiz? Gecələr gözümə yuxu getmir"

«Sumqayıt»ın baş məşqçisi Aleksey Baqa toplantı keçirib.

Kollektivi bir araya gətirən belaruslu mütəxəssis toplantını Premyer Liqanın gedişatına həsr edib.

O, son olaraq «Neftçi»yə məğlub olan (0:2) komandanın ünvanına tənqidi fikirlər səsləndirib, uğursuzluğun səbəblərinə dair öz mülahizələrini səsləndirib.

Ölkəsi ilə yanaşı, çalışdığı Qazaxıstan və Litva klublarında çempionluqlar yaşadığını xatırladan Baqa bildirib ki, Azərbaycana imicini korlamağa gəlməyib:

«Mən hələ də gördüklərimə inana bilmirəm. Siz nə etmək istəyirsiz? Gecələr gözümə yuxu getmir.

Belarusda hamı mənimlə maraqlanır, «Sumqayıt»ın niyə bu vəziyyətdə olmasını soruşur. Onlara nə cavab verəcəyimi bilmirəm. Siz mənə deyin: biz niyə hər oyunda uduzuruq?».

Futbolçuların əksəriyyəti baş məşqçinin iradı qarşısında səssiz qalıb. Bəzisi isə qara zolağa düşdüklərini bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu