Premyer Liqanın bu klubunu lənətləyiblər?

5 May 2022 17:40 Sumqayıt 1 103
Premyer Liqanın bu klubunu lənətləyiblər?

31 oktyabr, 2021-ci il.

«Sumqayıt» Premyer Liqada sonuncu qələbəsini həmin tarixdə əldə edib.

O da 9-cu həftəyə təsadüf edib. Sözügedən hesabat həftəsində «Səbail»in qapısına Sumqayıtda 2 cavabsız qol vurublar.

Odur-budur, aradan çox sular axıb, baş məşqçi dəyişikliyi olub, Ayxan Abbasov gedib, Aleksey Baqa gəlib, «Sumqayıt» qalibiyyət nə olan şeydir, onu xatırlaya bilmir.

Sanki biriləri bu klubu lənətləyib. İnanılmaz bir eniş yaşayırlar, heç deyiləsi deyil. 24-ci tur da belə getdi işinin arxasınca.

O gün nə vaxt gələcək? «Sumqayıt» qalan 3 turda da qalibiyyət üzü görməyəcək? Çətin məsələdir, çox.

Baqa Abbasovun atılan dırnağı da ola bilməz. Zaman bu həqiqəti sərt şəkildə ikincini iş başından göndərənlərin üzünə çırpdı.

Ayxan Abbasov döyüşkən, xarakterli, sistemli, özünəməxsus oyun tərzi olan bir komanda formalaşdırmışdı.

Bütün rəqibərin qorxulu röyası idi «Sumqayıt». İndi anlamayan da qoy anlasın ki, o, nə boyda iş görmüşdü,

«Sumqayıt»dan konfet düzəltmişdi. Abasov aşağı-yuxarı eyni heyətlə ardıcıl iki mövsüm avrokuboklara vəsiqə qazanmışdı.

Onu göndərməklə dəhşətli səhvə yol verib rəhbərlik. Futbol ilahəsi də bu yanlışdan dolayı onları bağışlamır, bağışlamaq istəmir.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti