Azərbaycanda işləyən əcnəbini "sovxoz məşqçisi" adlandırdılar - FOTOLAR

5 May 2022 14:00 Sumqayıt 1 406
Azərbaycanda işləyən əcnəbini "sovxoz məşqçisi" adlandırdılar - FOTOLAR

Aleksey Baqanın «Sumqayıt»dakı fəaliyyəti yerli publikanı hiddətləndirib.

«Kimyaçılar»ın dünən öz meydanında «Neftçi»yə 0:2 hesablı məğlubiyyəti sanki odun üstünə benzin töküb.

Sumqayıtlı azarkeşlər stadionda baş məşqçinin əleyhinə şüarlar əssləndirməklə yanaşı, sosial şəbəkələri də hərəkətə gətirib. Belaruslu çalışdırıcının ünvanına sərt tənqidlər səsləndirən fanatlar onun istefaya göndərilməsini tələb etməyə başlayıb.

Burada diqqəti çəkən bir başqa məqam Ayxan Abbasovla bağlıdır. Belə ki, 3 ildən artıq müddətdə komandanın sükanı arxasında dayanmış mütəxəssisin lehinə rəylər bölüşüblər.

Onlar ötən ilin dekabrında istefaya göndərilən Abbasovun Baqadan xeyli güclü məşqçi olduğunu, onun vaxtında «Sumqayıt»ın rəqiblərinə «meydan oxuduğunu» qeyd ediblər.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti