Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyev sabah Premyer Liqada debüt edəcək.
AFFA-nın yardımı ilə Ukraynanı tərk edib bura gələn vinger 25-ci turda "Sumqayıt"ın "Neftçi"yə qarşı keçirəcəyi görüşdə meydana çıxacaq.
Nuriyev sonuncu dəfə yanvarın 12-də ölkə çempionatının 18-ci turunun "Kolos" - "Minay" (2:1) matçında forma geyinib. Müharibə üzündən
"Kolos"la vidalaşmış Anatolinin heç bir zədəsi yoxdu.
Sadəcə, oyun praktikasından əziyyət çəkir və uzun müddət məşq etməyib. Bununla belə, yığma üzvü Aleksey Baqa ilə söhbətində ondan şans istəyib.
Yarımmüdafiəçi baş məşqçiyə bildirib ki, psixoloji olaraq özünü toparlayıb və komandaya kömək etmək niyyətindədir.
SPORTİNFO.AZ

