Azərbaycan yığmasının yarımmüdafiəçisi Tellur Mütəllimov Premyer Liqanın 2 klubundan təklif alıb.
«Səbail» və «Sabah» onun xidmətində maraqlıdır.
Son iki mövsümü «Sumqayıt»da keçirən cinah oyunçusu gələcəyi ilə bağlı qərarını verib. Bu ayın sonunda «gənclik şəhəri» təmsilçisindən ayrılmağı lazım bilib.
Millinin üzvünün «kimyaçılar»ın yeni təklifini geri çevirməsinin səbəbi da bəllidir - maaşının azaldılmasına razı olmayıb. Ayda 8000 manat əməkhaqqı olan Mütəllimov gözünü digər təkliflərə çevirib.
SPORTİNFO.AZ

