"Sumqayıt" aztəminatlı və fiziki qüsurlu ailələrə bayram sovqatı payladı - FOTOLAR

2 May 2022 11:00 Sumqayıt 900
"Sumqayıt" aztəminatlı və fiziki qüsurlu ailələrə bayram sovqatı payladı - FOTOLAR

Müqəddəs Ramazan ayı ilə əlaqədar "Azeri Express" və "Sumqayıt" Futbol Klubu tərəfindən aztəminatlı və fiziki qüsurlu ailələrə bayram sovqatı paylanılıb.

Sportinfo.az xəbər verir ki, tədbirdə klubun futbolçuları və "Azeri Express"in əməkdaşları iştirak edib.

Ölkəmizdə poçt və daşıma fəaliyyəti ilə məşğul olan "Azeri Express" 2021-ci ildən "Sumqayıt" Futbol Klubunun partnyorları sırasına qoşulub.

Onu da bildirək ki, bu yaxınlarda adıçəkilən şirkətin Sumqayıt şəhərində "Poçt" adı altında filialı istifadəyə verilib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə