"Qara zolaq"dan çıxmaq üçün 2 qurban kəsdilər – Premyer Liqa klubunda ƏSL HADİSƏ!

28 Aprel 2022 14:40 Sumqayıt 1 395
"Qara zolaq"dan çıxmaq üçün 2 qurban kəsdilər – Premyer Liqa klubunda ƏSL HADİSƏ!

Ötən ilin dekabrında edilən baş məşqçi dəyişikliyindən sonra keçirdiyi rəsmi oyunların heç birində qələbə qazana bilməyən «Sumqayıt»da maraqlı hadisə yaşanıb.

Aleksey Baqa ilə uğursuzluq zolağından çıxmağa heç cür müvəffəq olmayan «kimyaçılar» belə fikrə gəlib ki, hansısa bədniyyətli şəxslər komandanın yolunun üzərinə «qara su» səpib.

Düşərgədəki ab-havanı düzəltmək, qələbə həsrətinə son qoymaq üçün dini inanca üz tutan «Sumqayıt»lılar «Zirə» ilə matçdan (0:1) öncə 2 qurban kəsib.

Biri idarəçilərin, biri də məşqçi korpusunun adından. Kəsilən qurbanların əti klub işçilərinə paylanıb. Amma görünür, bu, hələ yetərli olmayıb.

Davit Volkovun son saniyələrdə vurduğu qolla meydandan məğlub ayrılan «kimyaçılar»ın funksionerləri VİP-lojada şok yaşayıb.

Əsəb sarsıntısı keçirən yönəticilər əlyəşdikləri kreslonu divara çırpıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti