“Sumqayıt”ın istəmədiyi hadisə - “Neftçi” ilə oyun öncəsi

27 Aprel 2022 17:40 Sumqayıt 1 069
“Sumqayıt”ın istəmədiyi hadisə - “Neftçi” ilə oyun öncəsi

Azərbaycana gəldiyi gündən Aleksey Baqanın üzü gülmür.

“Sumqayıt”ın uğursuzluq zolağından çıxa bilməməsi bir yana, belaruslu mütəxəssisi narahat edən futbolçuların mütəmadi ya zədə ilə üzləşməsi, ya da cəzalı duruma düşməsidir.

Andrey Popoviçlə Anatoli Nuriyevin komandaya qoşulmasına sevinən Baqa bu dəfə Araz Abdullayevin itkisinə üzülüb.

Komandasının ən çox ümid bəslənən futbolçusu olan solaxay yarımmüdafiəçi ötən həftə məşqlərin birində xəsarət alıb. Bu səbəbdən “Zirə” ilə oyunu buraxan Araz hazırda məşqlərdən kənar qalıb.

“Sumqayıt” Azərbaycan Premyer Liqasının 25-ci turunda doğma azarkeşləri önündə “Neftçi”ni qəbul edəcək.

Abdullayevin futbolçu kimi yetişdiyi komandaya qarşı mübarizə aparacağı inandırıcı deyil. O vaxta qədər hazırlıqlarda iştirak etsə belə, əsas heyətdə yer almayacağı dəqiqdir.

3 dəfə Azərbaycan çempionu olmuş, 2 dəfə ölkə kubokunu qazanmış, “Panionios”, “Anortosis”, “Boluspor” və “Etnikos” kimi komandalarda legioner həyatı yaşamış 30 yaşlı futbolçu qış fasiləsində müqavilə bağladığı “Sumqayıt”da 8 oyunda vurduğu 2 qolla yadda qalıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti