“Futbolda hər şeyə hazır olmalısan“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt“ın qapıçısı Aydın Bayramov deyib.
Andrey Popoviçin gəlişindən sonra əsas heyətdəki yerini itirən kiper üzləşdiyi vəziyyətdən narazı deyil. Əksinə, o, bunu normal hesab edir:
“Üç-beş oyunda meydana çıxmamağım dünyanın sonu demək deyil. Buna görə kimdənsə küsmürəm və belə bir fikrim də yoxdur.
Popoviçin oynaması məşqçilər heyətinin qərarıdır ki, mən də bu qərara hörmətlə yanaşıram”.

