"Nə gələcək, nə də gedəcək futbolçuların adları bilinir"

27 Aprel 2022 14:00 Sumqayıt 1 220
"Nə gələcək, nə də gedəcək futbolçuların adları bilinir"

«Sumqayıt» bütün transfer çalışmalarını mövsümün sonuna saxlayıb.

Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bildirib.

O, çempionatın başa çatmasını gözlədiklərini qeyd edib:

«Son günlər mətbuatda bununla bağlı çoxsaylı xəbərlərə rast gəlməkdəyik. Komandanı tərk edəcək və gələcək futbolçuların siyahısı yayılıb.

Klubumuzun rəhbərliyi hazırda gözlə mövqeyindədir. Hələlik heç kimlə danışıqlar aparmamışıq.

Nə gələcək, nə də gedəcək futbolçuların adları bilinir. Mövsüm başa çatsın, sonra bu məsələlərin hamısına aydınlıq gələcək.

Rəhbərlik baş məşqçi Aleksey Baqa ilə məsləhətləşərək, lazım olan addımları atacaq».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti