Komanda yoldaşına hirsləndi, baş məşqçi araya girdi, dedi ki...

26 Aprel 2022 21:20 Sumqayıt 941
Komanda yoldaşına hirsləndi, baş məşqçi araya girdi, dedi ki...

Baş məşqçi dəyişikliyindən sonra bir-birini əvəzləyən uğursuz nəticələr “Sumqayıt”ın futbolçularının əsəblərini tarıma çəkib.

Bu, yalnız oyunlar zamanı özünü göstərmir.

Eyni zamanda, gündəlik məşqlərdə də ümumi gərginliyin əlamətlərinə rast gəlinməkdədir. Belə hallardan biri ilə Rəhim Sadıxov üzləşib.

Belə ki, hazırlıq prosesinin gedişində komanda yoldaşının topu ondan almaq istəyərkən sərtliyə əl atmasına hirslənən yarımmüdafiəçi çox sərt formada cavab verib.

Aleksey Baqa onu güclə sakitləşdirib. Baş məşqçi ona kollektivin lideri olmasını xatırladıb və özünü məhz bu cür aparmasını istəyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti