“Sumqayıt"ın yeni transferi Anatoli Nuruyev düşərgəyə qoşulub.
Bu barədə Sportinfo.az-a klubdan məlumat verilib.
27 yaşlı hücumçu dünən axşam Bakıya gəlib və artıq "kimyaçılar"da ilk məşqinə də çıxıb.
Əgər baş məşqçi Aleksey Baqa şans verərsə, artıq növbəti tur "Neftçi" ilə qarşılaşmada onu meydanda görə bilərik.
Forvard Rusiyanın hücumundan sonra Ukraynadakı vəziyyət üzündən başqa kluba keçmək hüququndan yararlanıb. Anatoli mövsümün sonunadək Sumqayıtın eyniadlı təmsilçisində çıxış edəcək. O, yeni klubunda 91 nömrəli formanı geyinəcək.
Nuriyev bunadək vətənində “Kolos” klubunun şərəfini qoruyub.
XANOĞLAN

