"Xal toplamaq istəyiriksə..." - Aleksey Baqa

24 Aprel 2022 22:25 Sumqayıt 715
"Xal toplamaq istəyiriksə..." - Aleksey Baqa

Premyer Liqanın 24-cü turu çərçivəsində "Zirə"ni qəbul edən "Sumqayıt" matçdan məğlub ayrılıb.

Sportinfo.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Aleksey Baqa matçdan sonra keçirilən mətbuat konfransında oyunu şərh edib:

"Doğrudu, Andrey Popoviç bir neçə epizodda bizi qoldan xilas etdi. Amma komandanın göstərdiyi oyun, meydandakı bütün amillər onu deməyə əsas verir ki, bu gün daha çoxuna layiq idik. Kollektiv meydanda istək və birlik nümayiş etdirdi. Xal toplamaq istəyiriksə, nəinki bir, hətta yarım epizodlarını da dəyərləndirməliyik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti