Aydın Bayramov cari mövsümdə “Sumqayıt”ın aparıcı futbolçularından hesab olunurdu.
Ötən futbol ilində “kimyaçılar”ın bürünc medalları bayram etməsində və ölkə kubokunda finala qədər yüksəlməsində də 26 yaşlı qapıçı az əziyyət çəkməmişdi.
Lakin bu ayın əvvəlində Andrey Popoviçin “Sumqayıt”la müqavilə bağlamasından sonra onun “çırağı” sönüb.
Səbəbkar son 3 oyunda ehtiyat oyunçular skamyasında əyləşmək məcburiyyətində qalıb ki, səhvlərə yol verən Popoviç əlcəkləri heç kimə təhvil vermək istəmir.
Azərbaycan millisinin qapıçısı Sportinfo.az-a açıqlamasında deyib:
“Ehtiyatda qalmaq mənə psixoloji baxımdan pis təsir etmir. Niyə etsin ki?! Peşəkar futbolçusansa, psixoloji baxımdan möhkəm olmalısan”.
Aydın Bayramov cari mövsümdə Premyer Liqada 13, ölkə kubokunda 2, Konfrans Liqasında 2 matçın iştirakçısı olub.
Adı 2020-ci ilin noyabrından dəvət aldığı millidə 11 oyunda iştirak ərizəsinə salınsa da, debüt etmək imkanı qazanmayıb.
HƏBİB

