Premyer Liqa klubunun yeni transferindən NƏ XƏBƏR?

22 Aprel 2022 23:40 Sumqayıt 1 444
Premyer Liqa klubunun yeni transferindən NƏ XƏBƏR?

"Sumqayıt"ın mövsümün sonuna kimi icarəyə götürdüyü milli komandamızın üzvü Anatoli Nuriyev hələ də təmsilçimizin heyətinə qoşulmayıb.

Bu barədə klubdan saytımıza məlumat verilib.

Əslində 27 yaşlı yarımmüdafiəçinin bu gün Sumqayıt təmsilçisinin düşərgəsində olacağı ehtimal edilirdi.

Amma növbəti dəfə onu ölkəmizə gətirilməsi üçün edilən cəhdlər uğursuz olub. Bu istiqamətdə klubun və AFFA rəhbərliyinin fəaliyyəti isə davam edir.

Milli komandamızın üzvü Rusiyanın hücumundan sonra Ukraynadakı vəziyyət üzündən başqa kluba keçmək hüququndan yararlanıb. Anatoli mövsümün sonunadək Sumqayıtın eyniadlı təmsilçisində çıxış edəcək.

O, yeni klubunda 91 nömrəli formanı geyinəcək.

Nuriyev bunadək vətənində “Kolos” klubunun şərəfini qoruyub.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti