Millinin yarımmüdafiəçisi Rəhim Sadıxov “Sumqayıt”da qalmaq üçün öz şərtini açıqlayıb.
Son 3 mövsümü burada keçirən orta sahə oyunçusu 200 min dollar tələb edib.
Bu rəqəm isə ona təklif olunan məbləğdən iki dəfə çoxdur.
Bir ara adı “Sabah”, “Qarabağ” və “Neftçi” ilə yanaşı hallanan Moskva “Spartak”ının yetirməsinin maliyyə məsələsində “kimyaçılar”a güzəştə gedib-getməyəcəyi hələ bilinmir.
SPORTİNFO.AZ

