Əcnəbi baş məşqçinin qəzəbi soyudu, 2 futbolçuya da güzəşt etdi

21 Aprel 2022 10:40 Sumqayıt 763
Əcnəbi baş məşqçinin qəzəbi soyudu, 2 futbolçuya da güzəşt etdi

«Sumqayıt»ın baş məşqçisi Aleksey Baqa iki futbolçuya güzəştə gedib.

Belaruslu mütəxəssis Araz Abdullayevlə Vüqar Bəybalayevə kəsdiyi cərimənin məbləğini aşağı salıb.

Onlar məşqə gecikdikləri üçün Baqanın qəzəbinə tuş gəlmişdilər. 2000 manat cəriməyə məruz qalmışdılar.

Sonra çalışdırıcıya məlumat verilmişdi ki, Bəybalayev komandanın ən az ödənişli oyunçularından biridir və cərimə aşağı salınmasa, gərək 3-4 ay əməkhaqqı almasın.

Aldığı informasiyadan heyrətlənən Baqa Vüqarın cəriməsini 500 manata endirib. Araz Abdullayev isə 1000 manatla yaxasını ondan qurtarıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti