Azərbaycanlı məşqçidən Fatih Terim motivasiyası - VİDEO

19 Aprel 2022 14:40 Sumqayıt 2 033
Azərbaycanlı məşqçidən Fatih Terim motivasiyası - VİDEO

"Sumqayıt" ötən ilin dekabrında görəvə gətirdiyi Aleksey Baqanın rəhbərliyi altında 11 oyun keçirib.

Bu matçların 9-u Premyer Liqanın, 2-si ölkə kubokunun payına düşür.

Belaruslu çalışdırıcı hələ də "kimyaçılar"a qələbə sevinci bəxş edə bilməyib. Kubokda "Qəbələ"yə uduzaraq yarımfinaldan kənarda qalan "gənclik şəhəri" təmsilçisi elitada da cəmi 3 xal qazanıb.

Qeydə alınan bərbad göstəricilər komandanın avrokubok yolunu bağlayıb.

Əlbəttə, belə vəziyyətdə ən çox xatırlanan ötən iki sezondur. Hansı ki, biz "Sumqayıt"ı bu mövsümlərdə qitəmiqyaslı yarışın iştirakçıları arasında görmüşük.

Aradan çox vaxt ötməyib, amma ciddi bir eniş yaşanmaqdadır. Bunun səbəbləri haqda uzun-uzadı danışmaq olar.

Fəqət, biz indi köhnə palan içi tökmək istəmirik. İlk dəfə Sportinfo.az-da yayımlanan bu video hər şeyin cavabıdır.

Görüntülər "Səbail"i 2:0 udduqları qarşılaşmadan öncə çəkilib. Kadrlardan görəcəksiz ki, "Sumqayıt" ötən "futbol ili"ndə Premyer Liqanın bürünc medalını hansı əhval-ruhiyyə ilə qazanıb.

Paltardəyişmə otağında olan baş məşqçi Fatih Terim də deyil, Ayxan Abbasovdur.

Baxın, o, komandanı necə motivasiya edir, futbolçuları nə cür ruhlandırır.

Videonu bu linkə daxil olaraq izləyə bilərsiz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti