Aleksey Baqanın "qara siyahısı"nda İLK ADLAR

16 Aprel 2022 09:40 Sumqayıt 2 955
Aleksey Baqanın "qara siyahısı"nda İLK ADLAR

Hazırkı mövsümü boşa verən "Sumqayıt" artıq növbəti mövsümün planlarını cızmaqdadır.

"Kimyaçılar" yeni transferlərin axtarışına çıxmaqla bərabər, yolları ayıracaq adları da dəqiqləşdirməyə çalışır.

Baş məşqçi Aleksey Baqanın "qara siyahısı"nda olan ilk adlar indidən məlumdur.

Bunlar qış transfer pəncərəsində heyətə cəlb olunan, amma ümidləri doğrultmayan Elşən Abdullayevlə Vüqar Bəybalayevdir.

Arxada qalan müddətdə Elşən Premyer Liqada 134 dəqiqə şans qazanıbsa, Vüqar daha az, cəmi 5 dəqiqə oynamaq imkanı əldə edib.

Mövsümün sonu hər iki oyunçu ilə də yollar ayrılacaq. Onların durumu əcnəbi mütəxəssisi qane etmir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti