Milliyə cəlb olunan yeni futbolçu Premyer Liqa klubundan nə qədər pul alacaq?

15 Aprel 2022 10:40 Sumqayıt 1 687
Milliyə cəlb olunan yeni futbolçu Premyer Liqa klubundan nə qədər pul alacaq?

Azərbaycan yığmasının yarımmüdafiəçisi Anatoli Nuriyevin karyerasını Premyer Liqada davam etdirəcəyi dəqiqləşib.

Rusiya ilə müharibə üzündən Ukraynadan ayrılmağa qərar verən millimizin üzvü «Kolos»la vidalaşıb.

O, «Smqayıt»ın təklifini qəbul edib və yaxın günlərdə bura gəlmək niyyətindədir.

AFFA bu işdə «kimyaçılar»a yardımçı olmağa hazırlaşır. Federasiya müxtəlif rəsmi instansiyaların köməyi ilə onu Ukrayna ərazisindən çıxarmağa cəhd göstərir.

Canni De Byazinin milliyə cəlb etdiyi vinger ilkin mərhələdə «Sumqayıt»la 2 aylıq müqavilə bağlayacaq.

«Gənclik şəhəri» təmsilçisi Nuriyevin xidmətindən gələn mövsüm yararlanmaq fikrindədir. Hücumameylli yarımmüdafiəçi bu təklifi qəbul edərsə, 100 min dollar qazanacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti