Ukrayna klubunun yarımmüdafiəçisi “Sumqayıt”da

14 Aprel 2022 15:00 Sumqayıt 1 475
Ukrayna klubunun yarımmüdafiəçisi “Sumqayıt”da

“Sumqayıt" Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevlə razılıq əldə edib.

Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bildirib.

Onun dediyinə görə, hazırda "Sumqayıt" və AFFA rəhbərliyi adıçəkilən futbolçunun müharibə şəraitində olan Ukraynadan ölkəmizə gətirilməsi üçün əlindən gələni edir.

Bu mövsümdən “Kolos”un formasını geyinən yığma üzvünün “kimyaçılar”la 2 aylıq müqavilə imzalaması gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə