Azərbaycan yığmasının yarımmüdafiəçisinə 100 min dollar təklif olundu

14 Aprel 2022 10:40 Sumqayıt 1 689
Azərbaycan yığmasının yarımmüdafiəçisinə 100 min dollar təklif olundu

«Sumqayıt» Rəhim Sadıxovla əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

«Kimyaçılar» burada üçüncü mövsümünü keçirən yarımmüdafiəçiyə yeni müqavilə təklif edib.

«Gənclik şəhəri» təmsilçisi hazırkı sözləşməsi 2 ay sonra başa çatacaq millinin üzvündən daha 1 il qalmasını istəyib.

Sadıxov bununla razılaşarsa, ayda 10 min dollar əməkhaqqı alacaq. O, yekun qərarını vermək üçün bir müddət «taym-aut» götürüb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti