Azərbaycan Premyer Liqası “Sumqayıt”ın baş məşqçisi Aleksey Baqanı təəccübləndirib.
Ötən ilin dekabrında görəvə gələn belaruslu mütəxəssis bütün proqnozlarında yanıldığını bildirib.
O, bunu kollektiv üzvləri ilə apardığı müzakirələr zamanı dilə gətirib. Baqa qeyd edib ki, çempionatda cəmi 8 klub mübarizə aparsa da, iştirakçılar arasında ciddi səviyyə fərqi yoxdur.
Gənc çalışdırıcı bu mənada yalnız “Qarabağ”ın istisna olduğunu vurğulayıb.
Azərbaycana gələnə kimi Qazaxıstan və Litva kimi postsovet respublikalarında işləmiş Baqa Premyer Liqamızın daha gərgin və maraqlı keçdiyini söyləyib:
“Mən belə təsəvvür eləməzdim. İşimin bu qədər çətin olacağını bilməzdim”.
SPORTİNFO.AZ

