Premyer Liqa klubu işdən uzaqlaşdırdığı məşqçi ilə niyə problem yaşayır?

12 Aprel 2022 13:00 Sumqayıt 1 057
Premyer Liqa klubu işdən uzaqlaşdırdığı məşqçi ilə niyə problem yaşayır?

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Sumqayıt"ın apellyasiya şikayətini təmin edib.

Oyunçuların Statusu və Transferi Komitəsinin “Klubda baş məşqçi köməkçisi vəzifəsini icra etmiş Elnur Çodarova klub tərəfindən kompensasiya ödənilməsi” barədə martın 17-dəki qərarı ləğv olunub.

"Gənclik şəhəri" təmsilçisi dekabrın 16-da baş məşqçisi Ayxan Abbasovu istefaya göndərib. Elnur Çodarov onun məşqçilər korpusunda yer alıb.

Məsələ ondadır ki, Abbasovun əsas yardımçısı yanvarda "Sumqayıt"dan AFFA-ya şikayət ərizəsi ünvanlayıb.

O, bu ilin iyunun 1-də başa çatmalı olan müqavilə üzrə əməkhaqqısının kompensasiya şəklində ödənilməsini tələb edib.

"Kimyaçılar" 2 aylıq maaşını almaqla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verməyi təklif eləsə də, Çodarov razılaşmayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti