Nə qoyub, nə axtarır?

11 Aprel 2022 22:20 Sumqayıt 737
Nə qoyub, nə axtarır?

Aleksey Baqanın «Sumqayıt»da aldığı məğlubiyyətlərin siyahısına daha biri əlavə olundu.

«Qarabağ» Sumqayıt səfərindən 3 xalla dönməklə belaruslu baş məşqçinin narahatlığını minimum daha bir həftə uzatdı.

Cəzalı Rəhim Sadıxovun yoxluğunda çempionatın liderinə qarşı mübarizə aparmalı olan «Sumqayıt» öncəki həftələrə nisbətən «diri» təsir bağışladı.

Deyəsən, Baqanın xahişi «sarı sim»ə toxunmuşdu, oyunçular meydanı başıaşağı tərk eləməməkdən ötrü ciddi müqavimət ortaya qoymağa çalışdılar. Kadi Borgesin 16-cı dəqiqədəki qoluna kimi.

Ondan sonra ruh düşkünlüyü o qədər də hiss olunmurdu. Ta ki, 67-ci dəqiqəyədək.

«Sumqayıt» 2 dəqiqə arayla qapısından iki top çıxardı və tamam «söndü».

Baqa yayda buradan gedəcəyini adı kimi əzbər bildiyi futbolçulara güvənməkdə davam edir. Açığı, bu, mənə çatmır.

Onlar heç nə etmir, etmək də istəmir. Yol əhval-ruhiyyəsindədirlər. Belaruslu nədən bu futbolçuların ətəyindən ikiəlli yapışıb, müəmmalıdır, deyilmi?

«Beşli» və «dördlü» müdafiə düzülüşü arasında qalan Baqa nədənsə hələ də Ayxan Abbasovun düşdüyü vəziyyətdən örk almaq istəmir.

Abbasov bu kontingentə əlinin yağını yedizdirmişdi, qədrini bilmədilər. Bunlar Abbasova kürəyinə xəncər saplamış topluluqdur, Baqa nə qoyub, nə axtarır?

BİZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti