"Mənim adım var, onu "xərcləmək" istəmirəm – Heç olmasa, özünüzə görə oynayın"

8 Aprel 2022 13:00 Sumqayıt 1 089
"Mənim adım var, onu "xərcləmək" istəmirəm – Heç olmasa, özünüzə görə oynayın"

«Sumqayıt»da komandaxili toplantı keçirilib.

İclasda Premyer Liqanın üçüncü dövrəsinin nəticələri geniş müzakirə olunub.

Baş məşqçi Aleksey Baqa göstəricilərdən narazılığını ifadə edib, cəmi 2 xal toplamaqlarını «gözlənilməz hal» adlandırıb.

Belaruslu çalışdırıcı bura böyük məqsədlər arxasınca gəldiyini bildirib və futbolçulardan bir xahiş edib.

O, deyib: «Mən indiyədək müxtəlif klublarda işləmişəm və demək olar ki, hamısında nəticə qazanmışam. Azərbaycanda da uğurlu olmaq istəyirəm.

Gəldiyim ilk vaxtlarda təsəvvürüm tamam başqa cür idi. Mən bunu gizlətmirəm.

Fikirləşirdim ki, komandanı tezliklə toparlayacaq və avrokuboklara vəsiqə uğrunda mübarizə aparacağıq. Gözlədiyim olmadı, bu isə məni çox narahat edir.

Hər gün, hər saat bu haqda düşünürəm, səbəbləri axtarıram. Bəli, görürəm ki, bəzi futbolçuların ağlı burada deyil.

Amma yaddan çıxarmayın ki, mövsümün başa çatmasına hələ iki ay qalıb. Hamınızdan xahiş edirəm, məni başa düşün.

Gəlin, sözü bir yerə qoyaq, çempionatın dördüncü hissəsini yaxşı keçirək. Premyer Liqada sonuncu yerə düşmək bizə yaraşmaz.

Mənim adım var, onu «xərcləmək» istəmirəm. Heç olmasa, öz adınıza görə oynayın,

Sabah harasa getmək istəsəz, qoy deməsinlər ki, filankəs axırıncı yerdə gedən komandadan gəlib».

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti